Home Azerbaycan Otuz il yolunu gözlədiyimiz Zəfər bayramımız

Otuz il yolunu gözlədiyimiz Zəfər bayramımız

Otuz il yolunu gözlədiyimiz Zəfər bayramımız

Xuraman MURADOVA

Sahibkar, iş adamı, “Milan” Hospitalın yaradıcısı,
şair, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Türkiyə Onur Medalı laureatı, “Humay” mükafatı laureatı

Qəhrəmanlıq səhifəmiz

Biz otuz ildən çox gözlədiyimiz Zəfər bayramımızın üç ili tamam oldu. İnanıram ki, bir millət olaraq biz, bu bayramın on, iyirmi, yüz illiyini də qeyd edəcəyik. Və bu bayram millətimizin tarixində əbədi qalacaq. Bizim bu qələbə bayramımız düyna tarixinə də yazılacaq. Axı biz 44 günə və sonra da 24 saata böyük tarixi qələbələr qazanmışıq. Bu da son iki-üç yüz ildə dünya tarixində olmayan, görünməyən böyük hadisədir.

Vətənini öz canından çox sevən hər bir soydaşımız kimi, mən də torpaqlarımız əsarətdə olanda çox istirablar, xiffət çəkmişəm. Bir sahibkar, iş adamı kimi əlimdən gələni eləmişəm ki, millətimizin baş tacı olan Qarabağı geri qaytaraq. Hətta bir şair kimi hər dəfə televizorda dağıdılmış, viranə qalmış həmin yerləri gördükdə, Şəhidlər Xiyabanını ziyarət etdikdə, ürəyimin nisgilini soyutmaq, tarıma çəkilən əsəblərimi sakitləşdirmək üçün həmin yerlərə çoxlu şeirlər və poema da həsr eləmişəm. Çünki həmin yerlər mənə daha əziz və doğmadır. Axı mən, Goranboyda anadan olsam da, əslim Laçın rayonundandır. Atam və nənəm Laçın torpağından güc, qüvvət alıblar.

Torpaqlarımız işğal olunandan sonra həmişə fikirləşirdim ki, mən Qarabağ müharibəsində işgəncələrə məruz qalan, Qazi olan, valideynlərini itirən şəhid balalarımıza necə köməklik etməliyim ki, onların təşnə yaralarına bir məlhəm olsun. “Milan” Hospitalını yaratmaqla bu arzularımızın az da olsa reallaşmasına kömək oldu. Sahibkarlıqla məşğul olmağa başlayanda 2014-cü ildə öz layihəm əsasında yeddi mərtəbəli “Milan” Hospitalının Avropa standartlarına uyğun binasını tikdirib və orada işə başladıq. Bu Hospitala da öz işinin yüksək peşəkarı olan həkimləri işə götürüb, tibb sahəsində işimizi davam etdirdik. Mən bilirdim ki, əgər Hospitalda yaxşı həkimlər işləyirsə, müasir tibbi avadanlıqlar varsa, peşəkar həkimlər həmin avadanlıqlardan düzgün istifadə edə bilirsə, xəstələr bura daha çox gələcək. Məhz buna görə də bu doqquz ildə həkimlərin daha da təkmilləşməsinə, xaricdə təhsillərini daha da kamilləşdirməsi üçün onları qabaqcıl ölkələrə göndərir, ya da həmin ölklərdən öz maliyyəm hesabına həkimlər dəvət edirdim ki, onlar gəlib, Hospitalrda seminarlar, dərslər keçsinlər. Eləcə də tibb sahəsinin son nailiyyətləri olan tibbi avadanlıqları “Milan” Hospitala gətirirdim ki, xəstələr düzgün müayinə olunsunlar. Çünki xəstənin tam sağalması üçün onun düzgün müayinəsi əsas şərtdir. İlk gündən də insanların “Milan” Hospitalda tam şəfa tapmaları məni daha çox ruhlandırdı. Bu doqquz ildə “Milan” Hospital təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda, Orta Asiya respublikalarında məşhurlaşdı. İndi artıq həmin ölklərdən də bura çoxlu xəstələr gəlib, müalicə olunurlar.

Mənim dəvətimlə Azərbaycana gələn və dünya tibb sahəsində öz imzalarını qoyan məşhur tibb alimləri də “Milan” Hospitalın işindən çox razılıq edirlər. Bu Hospitalı dünyanın ən aparıcı hospitallarından biri adlandırmaqla, dünya mətbuatında bu haqda özlərinin xoş fikirlərini yazırlar.

Mən, ibadətlə məşğul olduğundan Məhəmməd Peyğəmbərin bu kəlamını özüm üçün həmişə ali məqsəd hesab eləmişəm: “Allaha sevgi ürəklə, ağılla olmalıdır və məhəbbət, sevgi Allaha doğru yolun ifadəsidir”. Deməli, mənim də insanlara sevgim, məhəbbətim yüksək olduğundan, çalışıram ki, “Milan” Hospitala müraciət edən xəstə insanlar burada tam şəfa tapa bilsinlər. Bu doqquz ildə Böyük Tanrı da həmişə onlara yardımçı olduğundan bütün xəstələr burada tam sağalıblar. Hətta sağalmaq üçün son ümidlə bu tibb ocağına gələnlər də burada tam sağalıb və həmişə də “Milan” Hospitalı özlərinə ümid qapısı bilirlər.
Bir Allah şahiddir ki, 44 günlük Vətən müharibəsi dövründə, “Milan” Hospitalın həkimləri də müharibə bölgəsində olub, müharibə gedən yerlərdə yaralılara əlindən gələn tibbi yardımlar ediblər, həm də biz, 44 günlük Vətən müharibəsindən sonra Hospitalda müharibədə yaralanan Qazilərimizi, böyük stresslər keçirən şəhid ailələrini yüksək səviyyədə təmənnasız müalicə etmişik və edirik.

Yuxarıda dediyim kimi mənim atam və nənəm Laçından olduğuna görə və onlar mənə Laçınla bağlı çox maraqlı xatirələr danışdığından, Laçın, Qarabağ həmişə mənim ürəyimin bir parçası olub. Otuz illik qaçqınlıq, köçkünlük dövrümüzdə də həmişə Böyük Allahdan bir arzum olub: “Ey Böyük Yaradan bizə güc, qüvvət, milli birlik ver ki, torpaqlarımızı geri qaytara bilək. Bu xoş günləri mən də sağlığımda görüm”. Ulu Allah milyonlarla azərbaycanlılar kimi mənim də bu müqəddəs arzumu eşitdi.
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda və Ali Baş Komandanımız, dünya səviyyəli siyasətçi, cənab İlham Əliyev bu sükanın arxasında böyük qətiyyətlə dayandı və hər bir çıxışında da xalqı inandırdı və dedi: “Qələbə bizim olacaq. Biz Qarabağı yağı düşmənlərdən azad edəcəyik”. Onun bu, qətiyyətli fikirləri xalqımızı bütövlükdə ruhlandırdı.

Əqidəsindən, mövqeyindən, dünya baxışından, düşüncəsindən asılı omayaraq, xalq bir nəfər kimi Ali Baş Komandamızın ətrafında sıx birləşdi. Təkcə ön cəbhə yox, arxa cəbhə də bir döyüş meydanı oldu. Hamı bacardığı kimi döyüşən ordumuza, Ali Baş Komandanımıza kömək etməyə başladı. Həmin vaxtı İsa Peyğəmbərin öz şagirdlərinə dediyi bu kəlam yadıma düşürdü: “Bir-birinizi sevin. İnsan sevgi ilə insan olur”. Sonra da yadıma ulularımızın dediyi bu kəlam düşürdü: “El bir olsa dağ oynadar yerindən”.

Beləliklə, ermənilərin “uçulmaz dağ, qala” hesab etdiyi səngərlərini rəşadətli ordumuz darmadağın elədi və 44 günlük Vətən müharibəsində böyük qələbə çaldıq. Əlbəttə, bu qələbədə Ali Baş Komandanımız cənab İlham Əliyevin ən böyük qəhrəmanlıq xidmətləri danılmazdır. Çünki bu dahi insan həmin vaxtı iki cəbhədə vuruşurdu. Bir Qarabağda və bir də xarici jurnalistlərlə, xarici mətbuatla. Təkcə onlara yox, həm də dünyanın ən aparıcı ölkə rəhbərlərinə də məntiqli, tutarlı cavablar verirdi və hamı məcburən onunla razılaşırdı. Həmin 44 günlük Vətən müharibəsində xalqımız ölkə başçımızın ağlına, düşüncəsinə, səbrinə bir daha heyran oldu. Hamı tam başa düşdü ki, dahi rəhbər, ulu öndər Heydər Əliyevin bir vaxtlar dediyi bu sözlər zamanla sübuta yetirildi: “Mən İlham Əliyevə özüm qədər inanıram. O, bu ölkəni yüksək səviyyədə idarə eləyəcək”. Dahi rəhbərin həmin kəlamı Vətən müharibəsində özünün tam əksini tapdı. Axı bizim ağlımıza da gəlməzdi ki, cəmi 44 günə biz o müqəddəs torpaqlarımızı geri qaytara bilərik. Çünki ermənilər 7 ilə rusların köməkliyi ilə həmin torpaqları bizdən almışdılar. Həmin döyüşlərdə biz, 20 mindən çox şəhid vermişdik. 50 mindən çox yaralanalarımız olmuşdu. Çoxlu insanlarımız əsir düşmüşdü. Erməni gavurları bu otuz ildə bizə sağalmayan yaralar vurmuşdular. Üzr istəyirəm namus, qeyrət getmişdi. Dünya xalqları arasında uzun dilimiz qısa olmuşdu. Dünya səviyyəsində bu müstəqillik dövründə nə qədər nailiyyətlərimiz olsa da, amma torpaq sarıdan dilimiz qısa idi. Biz də bütün bu illərdə dünya səviyyəsində nə qədər nailiyyətlər əldə edirdiksə, bizi yenə də yaxşı qarşılamırdılar. Mən bunu əvvəllər xarici ölkələrdə olanda görmüşdüm və onlara tutarlı heç bir cavab verə bilmirdim. Çünki 30 ildə Qarabağ bizimçün qara yaraya çevrilmişdi. Həmişə Xocalı, Ağdaban, Kərkicahan, Malıbəyli və başqa dəhşətli hadisələri qəlbimdə böyük bir yara kimi gəzdirirdim. Heç cürə özümdə rahatlıq tapa bilmirdim. Amma indi hansı xarici ölkəyə gedirəmsə, başımı şəstlə dik tutub, hamıya qalib bir ölkənin vətəndaşı kimi baxıb, öz ürək sözlərimi deyirəm.

Əlbəttə, 44 gündə və 2023-cü ilin sentyabr ayının 19-da 24 saatlıq müharibədə biz şəhidlər verməklə, çoxlu yaralar, acılar da keçirtdik. Çoxlu narahatçlıqlar yaşadıq… Vətən müharibəsi günlərində hər gün səhərə kim bütün analar kimi mən də dualar edirdim ki, Ulu Allah bizim əsgərlərimizi qorusun. Təsəvvür eləyin ki, göyün üzündə qara buludlar görəndə mənim də qəlbim qaralırdı. Fikirləşirdim ki, Qarabağ dağlıq yerlər olduğuna görə indi orada daha çox duman, çiskin var. Allah eləməsin ki, əsgərlərimiz ermənilərə əsir düşsün. Mən həmin əsgərlərimizi “analarının xınalı, müqəddəs kəklikləri” adlandırırdım. Çünki onların çoxunun 18-25 yaşı vardı. Çoxu ailə qurmamışdı. Anaları onların- bu “xınalı, müqəddəs kəklik” balaların toyunu səbirsizliklə gösləyirdi. Yuxarıda dediyim kimi həmin vaxtı bizim həkimlərimiz, cərrahlarımız, anestezoloq həkimimizə kimi hamısı ön cəbhədə idi. Onlar yaralı əsgərlərimizə əllərindən gələn bütün xidmətləri eləyirdilər. Belə ki, biz də həmin vaxtı cəbhəyə çoxlu həkimlərinizi göndərmişdik.

Axı biz həmin vaxtı bu müharibədən kənarda dayana bilməzdik. Müharibənin ilk günündən Hospitalımız səfərbər oldu. Baxmayaraq ki, ilkin günlərdə, mühraibə gedən vaxtı yaralı əsgərləri özəl xəstəxanalara vermirdilər və onlar dövlət xəstəxanalarında müalicə olunurdular, biz də sakit durmurduq. Həmin dövlət xəstəxanalarına dərmanlarla, arabalarla, çəliklərlə köməklik edirdik. Maddi baxımdan da əlimizdən gələn köməklikləri əsirgəmirdik. Müharibədən sonra bizə də icazə verildi ki, həmin əsgərləri biz də müalicə eləyək. Biz bu işə çox böyük həvəslə, istəklə yanaşdıq. Böyük Allaha şükürlər olsun ki, çoxlu əsgərləri ölümün pəncəsindən aldıq. Bizə müraciət edən bütün xəstələrimiz, qazilərimiz tam sağaldı.

Elə indi də biz bütün qazilərimizi, şəhidlərin övladlarını, həyat yoldaşlarını, valideynlərini burada təmənnasız müalicə eləyirik. Çünki bu, bizim vəzifə borcumuzdu. Axı onlar bizim 30 illik həsrətində olduğumuz torpaqlarımızı geri qaytarıblar. Bizim də borcumuz onlara təmənnasız xidmət etməkdi. Respublikanın hər yerindən olan çoxlu qazilərimizi biz burada müalicə eləmişik və yenə də eləyirik. Xüsusi təyinatlılradan gələn qazilərimizi də burada yüksək səviyyədə, təmənnasız müalicə eləmişik və eləyirik. Axı bütün qazilərimiz və şəhidlərimiz döyüşə təmənna ilə getməmişdilər. Bizim namusumuzu təmənna ilə geri qaytarmayıblar. Yaralı ürəyimizi təmənna ilə sağaltmayıblar. Biz çoxlu sayda igid oğullarımızı şəhid verdik. Bəlkə də həmin yaralar isti-isti olduğuna görə indi görsənmir. Çoxlu sayda analarımız oğulsuz qaldı. Çoxlu sayda gəlinlərimiz ərsiz, uşaqlarımız atasız qaldı. Çoxlu nişanlı qızlarımız göz yaşlı qaldı. Bəs bizim nə həddimiz var ki, bu xoş günləri, həmin müqəddəs torpaqları bizə qaytaran igid oğullarımıza lazım olan bütün yardımları etməyək? Açığı deyim ki, biz nə qədər onlara xidmət etsək də, nə qədər onların qulluğunda dursaq da, o şəhidlərimizin, yaralı əsgərlərimizin tökülən bir damla qanına dəyməz bizim bu xidmətlərimiz. Mənim qanım belə yoğrulub. Mən Vətənimi öz canımdan artıq sevirəm. Ulu Öndər deyən kimi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Məni ən çox sevindirən isə bizim Qarabağda döyüşlər aparan cəsur generallarımız tərəfindən dəflələrlə Fəxri Fərmanlarla təltif olunmağımız olub. Onlardan tez-tez təşəkkür məktubları almışıq. Həmin məktublardan çox məmnun olmuşuq. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan hər bir iş adamının mənəvi vicdanı borcudur ki, əsgərlərimizə, yaralılarımıza əlindən gələn bütün köməklikləri eləsin.

Əlbəttə, bu tarixi qələbədən sonra biz əlimizi-əlimizin üstünə qoyub, sakit dayanmamalıyıq. Çünki biz erməni kimi yararsız bir məxluqla qonşuyuq. Onu da bilirik ki, onlar buradan tam köçüb getməyəcəklər. Bu məğlubiyyəti də asan həzm etməyəcəklər. Düşmən həmişə düşməndi. Biz, başda Ali Baş Komandanımız, ordumuz olmaq şərti ilə həmişə güclü olmalıyıq. Hamımız sevimli prezidentimiz cənab İlham Əliyevin, Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşməliyik. Atalarımızın belə bir maraqlı məsəli var: “Hər bir güclü kişinin arxasında güclü bir xanım dayanır. O, ya anadır, ya da güclü həyat yoldaşı olan xanımdır”. Müharibə dövründə və həmişə Mehriban xanım da cənəb Prezidentimizin arxasında özünün müdrik ağlı, böyük, dünyəvi düşüncəsi ilə möhkəm dayanıb. Ona həmişə inam, güc, qüvvət verir. Mən Prezidentimizi böyük dahi sərkərdəmiz Şah İsmayıla, Mehriban xanımı isə onun həyat yoldaşı Taclı bəyimə bənzədirəm. Çünki Taclı bəyim də bütün döyüşlərdə Şah İsmaylın yanında olub. Ona ilham, güc, qüvvət verib.

Müharibə dövründə xalqımızın yumruq kimi birləşməyini biz həmişə davam etdirməliyik. Yaşasın Ali Baş Komandanımız, generallarımız, əsgərlərimiz başda olmaqla, mübariz xalqımız. Biz bir türk kimi türklüyümüzü sübuta yetirdik. Və Türkiyənin prezidenti cənab Rəcəb Təyyib Ərdoğan başda olmaqla, türk qardaşalrımız, bacılarımız da bizə çox kömək etdilər. Türk, tarixlər boyu müzəffər olub. Biz də türk olaraq bunu bir daha sübut elədik. Özümü artıq müzəffər xalqın, müzəffər xanımı kimi hiss eləyirəm. Ona görə də deyirəm: “Yaşasın Azərbaycanımız! Yaşasın türk dünyamız! Yaşasın Prezidentimiz cənab İlham Əliyev!”
Qələbədən sonra Qarabağda gedən quruculuq işlərini də gedib görmüşəm. Şuşada olmuşam. Qalib Şuşaya “Səcdənə gəlmişəm Şuşam” adlı bir şeir də həsr etmişəm. Həmin şeirdən bir parçanı bura yazıram:

-Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.

Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.

Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.

Hər bir insan bir qaşıq qan üçün yaşayır. Hər bir insan üçün də müzəffər yaşayıb və müzəffər köçmək gözəldi bu dünyadan. Mən həmişə hər yerdə demişəm ki, dünyanın cənnəti Azərbaycandır. Azərbaycanın cənnəti də Qarabağ və Bakıdır. 44 günlük Vətən müharibəsindən dərhal sonra Ali Baş Komandanımızın sərəncamı ilə Qarabağda quruculuq işlərinə başlanması, yollar, işıq xətləri çəkilməsi, yeni salınacaq kəndlərin, qəsəblərin, şəhərlərin layihələri hazırlanması hamını sevindirdi. Bəzi rayonlarda kəndlərin, şəhərlərin tikilişinə başlanılıb. Artıq insanlarımız öz doğma yurdlarına köçürlər. Cənab İlham Əliyevlə, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanın Şuşada görüşü və “Şuşa bəyyənnaməsi”nin imzalanması isə düşmənlərimizi zəlil elədi. Qarabağın gözü olan qəhrəman Şuşada böyük quruculuq işlərini görəndə ürəyim dağa döndü. Orada “Xarı bülbül” və I Türksoy Beynəlxalq fesfivallarının keçirilməsi ermənilərin ürəyini partlatdı desəm daha düzgün olar. Şuşada Molla Pənah Vaqifin möhtəşəm muzeyinin açılması və orada cənab Prezidentimizin və tanınmış sənətkarlarımızın, ədəbiyyat-incəsənət xadimlərimizin çox maraqlı çıxışları yenidən ermənilərə böyük, sağalmaz bir dərd oldu. Bütün bu çıxışlar da dünya səviyyəsində televiziya vasitəsi ilə göstərilir. Mən də gedib həmin möhtəşəm muzeyi ziyarət eləmişəm və tam əminliklə deyə bilərəm ki, sadə ermənilər çox peşmandırlar ki, özlərinin namərd adamlarının, millətini sevməyən, özlərinin ağalarından pul qazanmaq xatirinə həmin murdarların təxribatlarına uyub, 1988-ci ilin fevral ayının 22-də bizimlə müharibəyə başladılar…
2020-ci ilin sentyabr ayının 27-nə kimi biz çox məhrumiyyətlər çəkdik. Ulu öndər Heydər Əliyev və sonra cənab İlham Əliyev qaçqınlarımıza, köçkünlərimizə lazım olan bütün şəraitlər yaratdılar. Onları evlə təmin etdilər. Çoxlu qaçqın şəhərcikləri saldılar. İndi bu şəhərlər, kəndlər artıq doğma Qarabağda tikilir. Özü də dünya səviyyəsinə uyğun standartlarda. Bəli. Artıq həmvətənlərimiz öz doğma yurdlarına qayıdırlar. Biz də sahibkar kimi əlimizdən gələni edəcəyik ki, orada görülən işlərə köməklik eləyək. Mənim ən böyük arzum Şuşanı, sonra ata yurdum Laçını görmək idi, gedib gördüm və arzum bütün Qarabağı ziyarət etməkdir. Laçını ziyarət edəndə ora da “Laçın” adlı bir şeir həsr elədim. Həmin şeirdən də bir parçanı bura yazıram:

-Aramızda otuz ilin nisgili,
Aramızda illər qaldı, ay Laçın.
Bu namərdlər, bu xainlər, xəbislər,
Bizi səndən ayrı saldı, ay Laçın.
Can Laçın…

Bir dünyalıq həsrət oldun gözümdə,
Bitdin dodağımda, bitdin sözümdə,
Zülmətə çevrildi hər gündüzüm də,
Həsrət saçlarımı yoldu, ay Laçın.
Can Laçın…

Şəhid harayından göyərən daşın,
Dərddən nalə çəkib ağaran başın,
Hər daşında, hər qayanda göz yaşın,
Ürəyimdə qara xaldı, ay Laçın.
Can Laçın…

Baba yurdum səndə qalıb, qocalıb,
Sanki dünya ömürümdən öc alıb,
Daha qəm-kədərim arxada qalıb,
Gözlərim sevincdən boldu, ay Laçın.
Can Laçın…


Sonda fikirimi bu kəlamla tamamlamaq istəyirəm: “ Dörd xasiyyət insan üçün bədbəxtlikdir- kin, qəzəb, rəhimsizlik, etiras”. Arzum budur ki, Böyük Allah bizləri bu naqis işlərdən, əməllərdən qorusun. Xalqımız bundan sonra da bir olsun və cənab prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşsin ki, tezliklə Qarabağı əvvəlki kimi cənnətməkan bir diyara çevirək. Qoy bundan sonra Qarabağ bizim Məkkəmiz, Mədinəmiz, Kərbəlamız və böyük ziyarət ocağımız olsun.

Mən, bunu da vurğulamaq istəyirəm ki, biz hər birimiz işimizdə, mövqeyimizdə Ali Baş Komandanın əsgərləriyik. Bir əsgər kimi də xalqımıza xidmət etməliyik.

Bakı şəhəri,

8 noyabr 2023-cü il.

KAYNAK:

https://sia.az/az/news/literature/1104158.html fbclid=IwAR3AKlkIbsU5RelTdGKz30kW2lGbSCKrtjIdqa-1D8NGOHBw2WAF1t2fbyE

RELATED ARTICLES

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Most Popular

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Meclis Maliye Komisyonu, petrol dışı kaynakları artırmada illerin rolünü görüşüyor

Meclis Maliye Komisyonu, bugün illerin petrol dışı gelir kaynaklarını artırmadaki rolünü, 2023-2024 yatırım bütçesi tahsisatlarını ve 2025 yılı bütçesinde illerin ihtiyaçlarını ele aldı. Komisyon, yaptığı...

Recent Comments