Dekabr ayının 20-də məktəbdə “Müasir məktəb-Uşaq hüquqları” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Elmlər Akademiyasının professoru, millət vəkili Qənirə Paşayeva, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə təşkilatının rəhbəri Arzu Bağırova (qeyri-hökümət təşkilatl), filologiya üzrə fəlsəfə elmlər doktoru, şair-jurnalist (Kərkühlü) Şəmsəddin Küzəçi, BŞTİ-nin əməkdaşı Şirindil Əhmədov, Səbail Rayon İcra Hakimyyətinin əməkdaşı Kəmalə Həşimova, Səbail Rayon Polis İdarəsinin şöbə müdiri Əsəd Umbayev, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açmış, Azərbaycanın Dövlət Himni ifa edilmiş, məktəbin “Xor” kollektivi “Uşaqlar heç ağlamasın” mahnısını səsləndirmişlər. Daha sonra tədbirin məqsədi ilə bağlı məktəbin direktoru tədbir iştirakçılarını məlumatlandırmışdır.
Məktəbin yuxarı sinif şagirdləri “Uşaq Hüquqları” haqqında təqdimatlarını irəli sürmüşlər. Professor Qənirə Paşayeva öz çıxışında uşaq hüquqları ilə yanaşı insan hüquqlarına da geniş yer vermiş, bildirmişdir ki, hər bir insan öz hüquqlarını bilib qorumaqla yanaşı, digərlərinin də hüquqlarına hörmətlə yanaşmalıdır. Şair- jurnalist Şəmsəddin Küzəçi bir çox xarici dövlətlərin təhsil sistemlərindən söhbət açmış Azərbaycanda dövlət tərəfindən təhsilə olan qayğını xüsusi vurğulamışdır. Tədbirin sonunda məktəb rəhbərliyinə, bütün tədbir iştirakçılarına hədiyyələr təqdim edilmişdir.
Sonda qonaqlar uşaqlarla birlikdə xatirə şəkilləri çəkdirmişlər.