Demə Dünya Yalanmış
Kübra Kuliyeva
İçimdə bir uşaq ağlayır sanki,
Özüm də elə bil uşağlaşmışam.
Saçım ağarsa da, qocalıqla yox,
Dönüb gəncliyimlə qucaqlaşmışam.
İçimdə illərin ağrı-acısı,
Köz tutmuş yaralar, köz tutmamışlar,
Elə bil ürəyim bağlı qutudur,
Nə qəm var, kədər var ora atmışlar.
Yaş deyilmiş demə ağardan başı,
Kədərin tozuymuş, qəmin tozuymuş,
Sən demə təbiət qocaltmayırmış,
Sən demə insanı hüzn yorurmuş.
Uşaqlıq röyaymış bir neçə günlük,
Gənclik miraj imiş, sərab, xəyalmiş,
Sən demə dünyaya aldanırmışıq,
Sən demə dünya da boş bir xəyalmış.
Başımız qarışır dünya işinə,
Deyirsən nə var ki, həyat öndədir,
Bir də baxırsan ki, karvan gedibdir,
O həyat dediyin puç və yalanmış.