LEYLİSİFƏT
Şiir: İlham Qəhrəman-Azerbaycan
Ey leylisifət,
Yetim dərdlərimlə
dərədə qaldım.
Bildinmi hara getdim,
harada qaldım?!
Ey leylisifət,
Mənə nə var –
mən öyrənmiş canam –
dərə olsun, dağ olsun.
Sən dərdlərin başın kəsdin,
dərdlərin başından keçdin,
Neynək başın sağ olsun!
Ey leylisifət,
Vəfadan söhbət düşsə,
sən Leylidən də ötəsən.
Səninki odur ki,
qəlbə od salasan.
tüstüsüz adam ütəsən.
Ey leylisifət,
Sözüm çoxdu,
Amma bilməmiş deyilsən
dərdimi demək istedadım yoxdu.
15.08.2020