Home Haberler “Bir millət 6 dövlət Ortaq media"

“Bir millət 6 dövlət Ortaq media”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika elmi-tədqiqat laboratoriyası İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu) ilə birgə “Bir millət 6 dövlət – Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı onlayn Beynəlxalq konfransı öz işinə başlayıb.

Elmi konfransı BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, konfransın sədri Allahverdi Məmmədli açıb.  Konfransın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin ildönümünün qeyd edildiyi günlərdə öz işinə başladığını vurğulayan A.Məmmədli Türk Dövlətləri Təşkilatının İstanbulda VIII Zirvə görüşündən söz açıb. Bildirib ki, XXI əsrin 20-ci illəri türk dövlətlərinin siyasi, iqtisadi, sosial, mədəni sahədə inkişafı, bir-birinə və dünyaya inteqrasiyası, günü-gündən möhkəmlənən mövqeyi ilə xarakterizə olunur.

A.Məmmədli 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyindən, düşmənin döyüş meydanında məğlubiyyətindən danışıb, media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığından bəhs edib. İnformasiya cəbhəsində döyüşün davam etdiyini bildirən A.Məmmədli əlavə edib ki, bu gün tək  kökə, eyni dilə, oxşar  mədəniyyətə malik türk dövlətlərinin media sahəsində əməkdaşlığına, birgə media platformasının yaradılmasına çox böyük ehtiyac var.

Konfransda Jurnalistika fakültənin professorları – Cahangir Məmmədli,  Həmid Vəliyev, Qulu Məhərrəmli, Sabir Məmmədli, İzzet Baysal Universitetinin İctimaiyyətlə əlaqələr və tanıtım fakültəsinin professoru  Himmet Karadal, Qlobal Jurnalistika Konseyinin sədri Mehmet Ali Dim, SODIMER təşkilatının sədri Levent Eraslan, “Yazar” qəzetinin baş redaktoru Servet Avşar, Dünya Kommunikasiya Cəmiyyətinin sədri Şemsettin Kuzeci, Jandarma və Sahil Mühafizə Akademiyası Təhlükəsizlik Elmləri İnstitutunun müdiri Tekin Avaner çıxış ediblər.

Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Filippin, Meksika, Mərakeş, İndoneziya, Rumıniya, Qırğızıstan, Qazaxıstandan 200-ə yaxın məqalə təqdim edilib. Konfrans bu gün də davam edəcək.

Kaynak: http://bsu.edu.az (AK)

RELATED ARTICLES

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Most Popular

Meclis Maliye Komisyonu, petrol dışı kaynakları artırmada illerin rolünü görüşüyor

Meclis Maliye Komisyonu, bugün illerin petrol dışı gelir kaynaklarını artırmadaki rolünü, 2023-2024 yatırım bütçesi tahsisatlarını ve 2025 yılı bütçesinde illerin ihtiyaçlarını ele aldı. Komisyon, yaptığı...

Recent Comments