Skip to content
17 Şubat 2026
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

IRAK TÜRKLERİNİN BAĞIMSIZ SİYASİ GAZETESİDİR

Sosyal medya hesaplarımız

  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Primary Menu
  • HABERLER
    • Akademik Makaleler
    • Arapça
    • Azerbaycan
    • Basın
    • Dünya
    • Editörden
    • İngilizce
    • Kitap
    • Kültür – Sanat
    • Türkiye
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim
  • Home
  • Azerbaycan
  • Bənövşəsi qan qoxuyan, Xocalım…
  • Azerbaycan

Bənövşəsi qan qoxuyan, Xocalım…

Kerkük Gazetesi 3 Ekim 2020
AZADE

Bənövşəsi qan qoxuyan, Xocalım…

                                                  Azadə Novruzova

 Tanrı diri-diri geyindirdi kəfənini Xocalıya. Toran düşəndə hər tərəf ağ-appaq qar idi. Günəşdə tez batdı… ayda çıxmadı bu gecə… 1992-ci il fevralıın 25-dən 26-na keçən gecə bir faciə doğdu yer üzünə. Buludlar qan ağlayır, torpaq qan əmirdi. Körpə bağrı yarılır, ahıl başı kəsilirdi.

 İlahi, dağ çəkirdi dünyanın sinəsinə  insan deyib yaratdığın. Bəs necə yol verdin, sən bu dəhşətə. Analar ağı deyir, baçılar saçın yolurdu. Yaralıların ahından, naləsindən gün üzü tutulurdu. Fəryadlar yetmirdi sənə, Allah! Gavurlar qundaqda balalarımıza, yataqda xəstələrimizə, qızımıza-gəlinimizə, ahılımıza, gəncimizə divan tuturdular. Gözlərini çıxartdılar, şişə  taxdılar , diri-diri başlarını kəsdilər, qanımızı su yerinə axıtdılar, qurda-quşa yem etdilər əlsiz-ayaqsızlarımızı, namusumuza toxundular, hamilə qadınlarımız süngüyə keçirildi, atanın gözü qabağında balanın, balanın gözü qabağında atanın hulqumun kəsib isti qanlarını göllədilər. Alçaqlıqlar qarşısında alçalmadılar, kiçilmədilər, ölümün gözünə dik baxdılar ölümsüzlərimiz, xocalılarımız. Yaranıza məlhəm olsun vətən həsrətindən qurumayan göz yaşlarım, odu öləziyən ürəyim. Can şəhidlərim, can hələ də əsirlikdə ömrü bitən anam, atam, bacım, qardaşım, balalarım, can!  Sızıldayan yaralarına qaysaq olum canım Vətən, Azərbaycan!

Yaxşı xatırlayıram…1988-ci ilin qarlı-şaxtalı 13fevral günü göz-göz közərmiş qırmızı alovlu kömür sobasının qırağına yığışmışdıq. Behiştlik  Əli babanın qanı-qara, hövlnak bizə gəlib atama: “yenə başladılar” deməsi, hamımızı səksəndirdi. Atamdan nəyi başladılar? sualıma  aldığım cavab həyat hekayəmin uşaqlıq, gənclik cağlarından bəhs edən səhifələrinə yazıldı. Qaçqınlıq, köçkünlük, didərginlik həyatım mənim…Səndən söhbət açsam güllər solar, bülbüllər susar, gün batar, ay yuxusun qaçırar.., axar sular dillənər, dəli rüzgar səngiyər, sərin meh lay-lay çalar , quşlar öz südüylə məlhəm yoğurar, anam qan-yaş tökər, atam hönkürər…

 “ Ocağımızın yuxarı başında bardaş qurub, yağlı tikəmizi yeyənlər isti ocağımızı soyutdular, aşımızın dağ olmuş yağına su tökdülər. Gözlərimizi oydular, bağrımızı yardılar, qaynar samovarlar bağlandı kürəklərimizə, iri  mismarlar çalınmış taxtalarla o ki var döyüb, istahatdan saldılar oğullarımızı… qızlarımız zorlandı,  balalarının başları kəsilib şişə taxılaraq ocaqda ütülən   gəlinlərimiz bu ətürpədən mənzərə qarşısında havalandılar.” Gülxətmi nənəmdən eşitmişəm bunların hamısını. Diləfruz, Fehruz, Ağsevən nənədəndə eh… kaş eşitməz olardım… nələr-nələr eşitmişəm, gavurların başımıza açdığı müsibətlər barəsində.

1905, 1918, 1948, 1988….birlər, doqquzlar, səkkizlər…sizdən küsgünəm, sizdən inciyəm! Nənəm deyərdiki, malımızı, varımızı, canımızı alıb, bu illər….Min cürə zəhmət bahasına qurub-qoşduğumuz yurdumuz-yuvamız küllü-kuf olub, dağıdılıb. Oğullarımız bəy paltarı, qızlarımız duvaq geyməmiş qara torpağa gömülüblər….

 Düşünürdüm ki, “Xocalı”dan yazsam qələmim qırılar, gözüm kor qalar, ürəyim  dayanar… canımdan qorxmurdum ki…Sizlərə yaşadacaqlarımdan ehtiyatlanırdım, əzizlərim. Hər dəfə Xocalı faciəsinin canlı şahidi həmkarım Səriyyə xanım Müslümqızı ilə rastlaşanda o məşum gecənin acısından keçib, kədərin qırmızı donuyla  yenidən doğuluram… yenidən!

Qövr edən yaramsan, Xocalım! Başı qara çalmalım, donu qırmızım! Köhnə yaralarımıza duz basdı yağı. İlahi aç, məlhəm qoy, sarı yaramı!

 Qadası qəfil Xocalım, dərdini əzəl dərdlərimə  məlhəm kimi sardım! Gülləndi dərdlərim! İlahi, gəl dər gülünü.

 Güldü dərdim. Deyib ah-nalə çəkdi dəli könlüm. Səni hər gün əzizlərəm, səni oxşaram… Sinəsi bala dağlım,

Alnı qara yazılım, Ağbirçəyim, Ağsaqqalım, Atam, Anam, Bacım, Qardaşım

                        Dərdli Xocalım lay-lay,

                        lay-lay Xocalım LAY-LAY.

Bu qanlı  gecədə 106- qadın, 63-uşaq, 70 –ahıl, 613 nəfər sordaşımız qanına qəltan edildi, yüzlərlə insan ağır yaralandı, 1275 nəfər girov götürüldü. 8 ailə bütövlükdə  məhv olundu.  150-dən çox uşaq bir və ya iki valideynsiz qaldı.

“Xocalının ən ağır dərdli sakini mənəm”: söyləyir,  bütövlüklə ailəsini bu faciədə itirmiş Mehdi Firdovsi oğlu Əliyev. Tifaqı dağılsın namərdin, zalimin. Sevinci gözlərində donan, gülüşləri hıçqırıqlarında boğulan körpələrimiz, Sizə qıyan yağıların yurdlarında bayquşlar yurd salsın!

Faciənin üstündən 26 il keçməsinə baxmayaraq, bu müsibətdən min cür əzab-əziyyətlə, qarda-çovğunda meşələrdən, dağlardan, buz bağlamış çaylardan keçib  quru canlarını güclə qurtaran faciə şahidlərini dinlədikcə hər birinin gözündəki kədərin rəngini, ağrının yükünü, qəhərin göynərtisini çəkməyə, yüngülləşdirməyə, azaltmağa aciz qaldım.

  Qubarınız göyüm-göyüm göynəltdi, sızım-sızım sızlatdı, için-için ağlatdı qəlbimi. Aynurənin “ay, ana” haraylı son sədası, “offff!!!ay, Allah ! nidalı gəncin son kəlməsi!

 Bənövşəsi qan qoxuyan, Xocalım, həyat səndə bahar libasında biçilib, gülməxmər üstə güləbatınla bəzənsin, yenidən!

                                   Həsrətindən hana qurub,

                                   İlmə-ilmə arzular toxudum,

                                   Çiçəklərin al-gülündən.

                                   Vətən arzum, gül arzum,

                                    Hanadan gülən arzum,

                                    Gül üzümə, gül arzum!    

Paylaş:

Continue Reading

Previous:   Türkçeyle Arapça Arasında Sıkışmış  Türkmenler
Next: Azerbaycan zaferden zafere koşuyor

Related Stories

801793f1-cf66-44ee-a853-793b82f2bd2e
  • Akademik Makaleler

Dr. Şemsettin Küzeci’nin “Azername”  Eserleri

Prof. Dr. Gazanfer Paşayev 7 Şubat 2026
626410833_3024937501024720_2298614908130000871_n
  • Azerbaycan

GÜCÜNDƏN YORULAN QADIN

Kerkük Gazetesi 3 Şubat 2026
CEMİLE ÇİÇEK
  • Azerbaycan

Gəncliyin sükutunda böyüyən qürur, azadlıqla nəticələnən tale

Kerkük Gazetesi 3 Şubat 2026

Güncel Haberler

Milletvekili Gülsel Muhammet, elektrik üretiminin artırılması için bakanlık yetkilisiyle görüştü 1111 1

Milletvekili Gülsel Muhammet, elektrik üretiminin artırılması için bakanlık yetkilisiyle görüştü

16 Şubat 2026
Nuri Gürgür’den Yeni Bir Kitap: Milli Meselelerimiz, Konularımız Ve Sorunlarımız Üzerine Düşünceler nuri-gurgur 2

Nuri Gürgür’den Yeni Bir Kitap: Milli Meselelerimiz, Konularımız Ve Sorunlarımız Üzerine Düşünceler

12 Şubat 2026
Türkiye Cumhurbaşkanı Erdoğan: Yunanistan ile diyalog kanallarını açık tutmamız gerektiğine yürekten inanıyorum thumbs_b_c_bcac961eaea6ae1b3f4716d70b2925d6 3

Türkiye Cumhurbaşkanı Erdoğan: Yunanistan ile diyalog kanallarını açık tutmamız gerektiğine yürekten inanıyorum

12 Şubat 2026
Türkmeneli Vakfı’nda Görev Değişikliği image (9) 4

Türkmeneli Vakfı’nda Görev Değişikliği

12 Şubat 2026
Bir Terk Etme Hikayesi 02.09.26-Bir Terk Etme Hikayes 5

Bir Terk Etme Hikayesi

10 Şubat 2026

Editörden

8a680ac8-4ae7-4206-affa-f7b541cd7857
  • Azerbaycan
  • Editörden

Şemsettin Küzeci’nin Azerbaycan Kitaplarının imza günü

11 Ocak 2026
178386911_1925588547591950_2559509787806110237_n
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Haberler
  • Türkmeneli
  • Yazarlar

Irak Türkmen Cephesi 26 Yaşında

24 Nisan 2021
ALTUNKÖPRÜ ŞEHİTLERİ (1)
  • Dr. Şemsettin Küzeci
  • Editörden
  • Türkmeneli
  • Yazarlar

30. Yılında Kerkük’te Altunköprü Katliamı

28 Mart 2021

Videolar

eed5bfac-185e-4361-a144-ea9eb702ee9d
  • Azerbaycan
  • Basın
  • Haberler
  • Türk Dünyası
  • Türkmen Edebiyatı
  • Video
  • Videolar

Kerkük’ün Milli Yazarı Ata Terzibaşı’nın Hayatı Filim Oldu

26 Aralık 2024
demirel
  • Haberler
  • Türk Dünyası
  • Türkiye
  • Türkmeneli
  • Videolar

20 önce Süleyman Demirel Irak Türkmen Öğretmenlerini kabul etmişti

23 Aralık 2020
indir
  • Basın
  • Haberler
  • Türkmen Basını
  • Türkmeneli
  • Videolar

Kerkük Gazetesi’nin YouTube kanalı açıldı

16 Kasım 2020

Foto Galeri

DSCI8493
  • Basın
  • Foto Galeri
  • Haberler

Türkmeneli TV’nin eski Teknik Müdürü Sacit Baydar Vefat etti

17 Ekim 2020
M ZİYA1
  • Foto Galeri
  • Kitap
  • Kütüphane

Mustafa Ziya’nin Küçük Not Defterinden Şiirler kitabı çıktı

20 Ocak 2020
1828866_620x410
  • Foto Galeri

ABD’li komutandan Münbiç’e ziyaret!

8 Şubat 2018
Facebook
kerkuk_turkuleri
Youtube

AMACIMIZ

Irak’taki Türkmenlerin gerçek anlamda varlıklarını, birlik ve beraberliklerini sağlamak; gazete yoluyla da sıkıntılarını, kültürlerini ve varlıklarını dünyaya tanıtmak ve Türk dünyası arasında bir köprü oluşturmaktır.

Bizi Takip Edin

Facebook Twitter Youtube Instagram
Menu
  • Hakkımızda
  • Künye
  • Türkmeneli’ni Tanıyalım
  • Kerkük Türküleri
  • Kerkük Kültür Derneği
  • Kitaplarımız
  • İletişim

  • HABERLER
  • Yazarlar
  • Multimedya
  • Kütüphane
  • Kültür – Sanat
  • Röportajlar
  • Genel Tanıtım
  • Facebook
  • Twitter
  • Youtube
  • Instagram
Copyright © All rights reserved. | MoreNews by AF themes.