Home Azerbaycan Azerbaycan'dan bir Şair " Aysel Aliyeva"

Azerbaycan’dan bir Şair ” Aysel Aliyeva”

Mən Əliyeva Aysel Nazim qızı 22 aprel 1989- cu ildə Bakı şəhəri Sabunçu  rayonunda qulluqçu ailəsində anadan olmuşam. Sabunçu rayon 67 saylı tam orta məktəbdə oxumuşam. Azərbaycan Dənziçilik kollecini fərqlənmə ilə bitirmşəm. Bakı Xaroeqrafiya Akademiyasının II kurs tələbəsiyəm. Orta məktəb illərindən ədəbi- bədii yaradıcılığa həvəs göstərmişəm. Respublika mətbuatında mütəmadi olaraq bədii və publisistik yazılarla çıxış edirəm. “ Ədalət”, “Kredo”, “Təhsil Problemləri” , “ Müəllim”, “ Həkəri”  eləcədə qardaş ölkə Türkiyədə “ İzləm” , “Mersin postası ” qəzetlərində , Yurd ” , “ Məşəl” , “ Füyuzat” “ Sənətkar”  “ Yazarlar “” 525 _ ci qəzet və jurnallarında bədii nümunələrim işıq üzü görüb.

 “ Jurnalistlər Birliyinin “ üzvüyəm. “ YURD” jurnalının şöbə müdiriyəm.

 “ Qızıl Qələm “ media mükafatçısıyam.

 “ Duyğu Dənizi”,  “ Qəlbimin Harayı” , “ Xalqımızın Mehribanı” adlı şeirlərlər kitabının müəllifiyəm.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Müəllim vəzifəsində çalışıram.

Şiirlerinden Örnekler:

MƏNİM BU SEVGİM

          Bahara döndərdi duyğularımı,

          Şipşirin eləyib yuxularımı.

          Üstünə sərmişəm könül varımı,

          Kövrək bir nəğmədir mənim bu sevgim.

      ****

          Hər gün sevincimin dodağı qaçır,

          Duyğular sinəmdə gül-çiçək açır.

          Elə bil ruhuma işıq, nur saçır,

          Kövrək bir nəğmədir mənim bu sevgim.

****

          Çiçəyə bürünüb yaylaqlar kimi,

          Pıçıldayır körpə dodaqlar kimi.

          Çağlayır dumduru bulaqlar kimi,

          Kövrək bir nəğmədir mənim bu sevgim.

****

          Oxu könlümdəki eşqin sətrini,

          Daim uca tutdum onun xətrini.

          Ayselin ruhuna səpib ətrini,

          Kövrək bir nəğmədir mənim bu sevgim.

 ***

 VƏTƏN

          Ömrümə ələnən ilahi nursan,

          Ana laylası tək qəlbə dolursan.

          Yamyaşıl geyinmiş gəlin olursan,

          Bir özgə aləmdir baharın, Vətən.

  ****

          Nəğməyə bələnib gözəl çağların,

          Ərən oylağıdır uca dağların.

          Könüllər oxşayır barlı bağların,

          Ümid ətirlidir yolların, Vətən.

  ****

          Aysel, bu torpaqda halallıq ara,

          Zirvələr heykəldir namusa, ara.

          Sənin sorağına gələn dostlara,

          Sevinclə açılır qolların, Vətən.

 ***

HƏYAT

Duyğular sinəmdə iməkləyən gün,

Əllərim ümidi ətələyən gün,

Arzular gözümdə çiçəkləyən gün,

Bəxtimi gözündə çalıbdı həyat.****

Fələyin bəxtimlə çoxdu davası,

Yaralı könlümün yoxdu dəvası,

Ruhuma əsəndə bahar havası,

Sevgimi əlimdən alıbdı həyat.

 ****

Min ah çiçəklədi bir arzu-kamda,

Qəfil çilikləndi arzu da, kam da.

Əllərim vüsala yetən məqamda,

Ayrılıq havası çalıbdı həyat.

****

Fələk taleyimdə dərdi yolları,

Gözümün yaşına sərdi yolları.

Keçir sinəm üstdə dərdin yolları,

Ömrümü əzaba salıbdı həyat.

   ****

Gözü misra-misra dolan şairəm,

Dərdin bağcasında solan şairəm.

Bəxtimi ovcundan salan şairəm,

De. məndə ta nəyin qalıbdı, həyat?!

***

SEVİRƏM

          İmkan olsa, tut kasıbın əlindən,

          Çıxar onu dərdin, qəmin selindən.

          Əyilib öp bir yetimin telindən,

          İnsanların mürvətini sevirəm.

          ****

          Can fələklə hər gün bəhsə-bəhsədir,

          Əcəl yolda, qulaqlarım səsdədir.

          Ümidlərim həyat adlı dərsdədir,

          Mən taleyin qismətini sevirəm.

****

          At oynadır zəmanənin soyuğu

          Solan deyil içimdəki bu duyğu

          Nənələrin mənə miras qoyduğu,

          Abırını, ismətini sevirım

       ****

          Bir xoş sözlə, tənhaları dindirin,

          Gözlərdəki dərdi, qəmi endirin.

          Bu dünyanın mohnəti var çox dərin,

          Ürəklərin şəfqətini sevirəm.

****

          Aysel, zaman ömrü-günü toxuyar,

          Arzularım pərdə-pərdə oxuyar.

          Ümidlərim zəfər ətri qoxuyar,

          Doğma elin qeyrətini sevirəm.

****

RELATED ARTICLES

Malatya’da 4,9 büyüklüğünde deprem

Afet ve Acil Durum Yönetimi Başkanlığının (AFAD) internet sitesinde yer alan bilgiye göre, saat 10.46'da merkez üssü Doğanşehir olan 4,9 büyüklüğünde sarsıntı kaydedildi. Depremin 7...

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Most Popular

Malatya’da 4,9 büyüklüğünde deprem

Afet ve Acil Durum Yönetimi Başkanlığının (AFAD) internet sitesinde yer alan bilgiye göre, saat 10.46'da merkez üssü Doğanşehir olan 4,9 büyüklüğünde sarsıntı kaydedildi. Depremin 7...

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Recent Comments