Azərbaycan Respublikasının xalq artisti. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə xanım Muradova
Aysel Aliyeva
(Sizi 8 Mart münasibətilə təbrik edirəm . Hörmətlə)
Muradova Təranə Hüseyn qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (1974-1983), Azərbaycan Dövlət İncəsənət Universitetini (1991-1995), Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb (2004-2008)
1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir.
Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, “Səyyah” uşaq rəqs ansamblının və “Odlar Yurdu” rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Azərbaycan xalq rəqsləri (“Naz eləmə”, “Qavalla rəqs”, “Vağzalı”, “Mirzəyi”), ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Ə. Bədəlbəylinin “Qız qalası” baletində gürcü qızının partiyasını oynamışdır. “Səyyah” uşaq rəqs ansamblının bədii rəhbəridir. Bir sıra xarici ölkələrdə çıxış etmişdir.Xalq rəqslərinin mahir ustası kimi artıq bir neçə ildir ki, Avstriyada təcrübə sinfi aparır.
Bütün Dövlət tədbirlərində, seçkiqabağı kompaniyalarda, seçkilərlə əlaqədar Bərdə, Quba, Azərbaycan günləri ilə bağlı Rusiya, Ukrayna, Avstriya, Sankt-Peterburq, Yekatrinburq, Ufa, qastrol səfərləri ilə əlaqədar Belarusiya, Minsk, Muqilyov, Zərifə xanım Əliyevanın 80 illik yubileyində, YAP-ın yubileyində, ATA Bankın 10 illik yubileyində, Dünya Rus Mətbuat Konfransında, Dünya Çempionatının mərhələ yarışlarında, Beynəlxalq turnirlərdə, Prezidentin andiçmə mərasimində, Türkiyədə yaşayan azərbaycanlıların ümumi konfransında, 2004-cü ildə keçirilən Taykvando üzrə yarışlarda, Qadınlar gününə həsr edilmiş tədbirdə, Güləş üzrə Dünya Kubok yarışlarında, Xəlil Rzanın anma mərasimində, Hüseyn Cavidin 120 illik yubileyində, ABU Arenanın açılışında, Gimnastika üzrə Dünya Kuboku yarışlarının açılışlarında, Dubaya qastrol səfərində dəfələrlə onu sevərlər qarşısında çıxışları olmuşdur.
2019-cu illədək Azərbaycan Respublikasının Prezidenti ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali təhsil müəssisələri arasında keçirilən rəqs müsabiqələrində münsiflər heyətinin üzvü olub. Təranə Muradova rəqs fəaliyyəti ilə yanaşı 12 il xeyriyyəçilik missiyası olan Avstriya-Azərbaycan Cəmiyyətinin sədri olub.Təranə Muradova əmək fəaliyyəti dövründə bir çox ad və mükafatlara təltif olunub.
1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
1998-ci ildən 2015-ci ilədək Prezident mükafatına layiq görülüb
2004- il Yunanıstan Respublikasında keçirilən “Beynəlxalq Rəqs Festivalı”-dan 1-ci yerə layiq görülüb.
2015-c-i ildə Gürcüstan Mədəniyyət Palatası tərəfindən “Xalqın seçimi” adı ilə təltif olunub.
2015-ci il Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən “Milli irsimizə dəstək olaq” adlı tədbirdə çıxışına görə diplom ilə təltif olunub
6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
2017-ci ildə Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycan milli-mənəvi dəyərlərinin təbliğində yorulmaz fəaliyyətinə görə “Fəxri fərman” ilə təltif olunub
07-12 iyul 2017-ci ildə Bursa şəhərində təşkil olunan “56-cı Beynəlxalq Bursa Festivalının 31-ci Uluslararası Altın Karagöz Halk Dansları Yarışması”-da münsiflər heyətinə üzv olduğu üçün “Təşəkkürnamə” ilə təltif olunub.
2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Спасская башня” adlı 12-ci Beynəlxalq hərbi musiqi festivalında Azərbaycan Milli Ordusunun orkestr və rəqs kollektivinin çıxışının baş qurluşçu-baletmeysteri kimi çıxış edib və Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən “Fəxri Fərman” ilə təltif olunub.
Təranə xanımı 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik!