Arzu Hüseyn’den Günün Şiiri
Heç olmadı bu dünyada bir kimim,
Çözülmədi alın yazım sirr kimi.
Yer olmadı mənə uzaq yer kimi,
Göy olmadı mənə yaxın göy qədər.
Buxar oldu toxunduğum hər nə var,
Duman oldu, yelə getdi, arzular.
Subhə qədər kirimədi kaman-tar,
Sızlatmadı ürəyimi ney qədər.
Nəyin qalıb qəmdən başqa bəridə?
Yadlar çətin gözlərini kiridə.
Ulduzların arasında biri də,
Bənzəmədi gül üzünə ay qədər.
Yol görmədim sənə gələn yol kimi,
Boyun əydim yoxluğuna qul kimi.
Bal olmadı damağımda bal kimi.
Dodağından qopardığım pay qədər.