Anlamaz ruhumu nə su, nə balıq.
Anlamaz ruhumu nə su, nə balıq.
Yaşandı ömrümün gəncliyi hədər.
Yoxdur bu dünyada belə tənhalıq,
Mənim yaşadığım tənhalıq qədər.
Yüz ilmi, min ilmi keçib görəsən,
Xəbərim olmayıb heç taleimdən.
Nədir sinəm üstə buz kimi əsən,
Tullayan bəxtimi quş dimdiyindən..