Home Azerbaycan “3 Dövlət, Tək Millət” adlı tədbir keçirildi

“3 Dövlət, Tək Millət” adlı tədbir keçirildi

Azərbaycan-Türkiyə-Şimali Kipr Regional İnteqrasiya Seminar seriyası – 1 : “3 Dövlət, Tək Millət” adlı tədbir keçirildi

Məlumat üçün bildiririk ki, 22 sentyabr 2023-cü il tarixdə Zoom platformasında “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı, BZT Akademi, Turan Akademi, Gənclərin Töhfəsi İctimai Birliyi və Türk Dünyası İzləmə Mərkəzinin dəstəyi ilə: Azərbaycan-Türkiyə-Şimali Kipr “3 Dövlət, Tək Millət” adlı Forum keçirildi.

Şimali Kipr Türk Respublikasının Məclisinin sədri Zorlu Töre tədbir iştirakçılarını salamlayaraq, hər üç dövlətin də soykökünə bağlı bir toplum olduqlarını və eyni taleyi, eyni kədəri paylaşdıqlarını vurğuladı. Həmçinin Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının tarixinin, mədəniyyətinin gənc nəsil arasında, xüsusilə türk dilli QHT-lər arasında təbliğinin böyük önəmə malik olduğunu bildirdi. O öz çıxışında: “Avropa dövlətlərinin birliyi var, ərəb dövlətlərinin birliyi var, Skandinaviya dövlətləri birliyi var, niyə türk dövlətləri birliyi olmasın?” – sitatını rəhbər tutaraq: “Mən türk millətinin vəkiliyəm, özünü türk olaraq görən hər kəsin vəkiliyəm!” – deyə bildirdi.
Türkiyədən Bursa deputatı, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Osman Mesten tarixdən bu yana türklərə qarşı edilən haqsızlıqlar və parçalama siyasətindən danışaraq birlik nümayiş etdirməyimizin əsaslığını, mənfur qüvvələrə qarşı birlikdə hərəkətə keçməyimizin vacib olduğunu bildirdi. Eyni zamanda “Türkiyə Yüz Yılı” layihəsinin sadəcə Türkiyə üçün deyil bütün türk dünyasına həsr olunacaq “Türk Yüz Yılı” olacağını və türk dövlətlərinin dünyaya sülh və ədalət gətirəcəyini vurğuladı.
BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları və Müdafiə komitəsinin eksperti, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü Mirdaməd Əzizov isə Beynəlxalq təşkilatlarda türk dilli dövlətlərlə bağlı qəbul olunan və həyata keçirilməsi planlaşdırılan bəyannamə və qətnamələr barədə geniş təqdimat etdi. O Azərbaycan-Türkiyə-Şimali Kipr dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələrinin intensivliyinə və türk dilli dövlətlərin müştərək layihələr keçirməsinin vacibliyi haqqında danışdı.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev layihənin məqsədi və Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Respublikası arasındakı üçlü tərəfdaşlığın inkişafı, “ 3 Dövlət, Tək Millət” sitatının vacibliyi barədə geniş məlumat verdi. O Zəngəzur dəhlizinin açılmasının türk dünyası dövlətləri və xalqlarının inkişafı üçün vacibliyindən söz açaraq türk dilli dövlətlərin dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin sıx olaraq güclənməsi üçün çalışmalı olduqlarını vurğuladı. Layihənin məqsədi – Azərbaycan-Türkiyə-Şimali Kipr dövlətlərinin müştərək fəaliyyətlərindən qazanılacaq töhfələri təbliğ etmək, birlik və bərabərliyimizi möhkəmləndirməkdən ibarətdir.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin Şimali Kipr Türk Respublikası üzrə nümayəndəliyinin sədri Serdar Şengül layihənin keçirilməsi ilə bağlı olaraq iştirakçılara məlumat verdi, Azərbaycan-Türkiyə-Şimali Kipr dövlətlərinin əzəli və əbədi dostluq münasibətlərindən danışdı, Azərbaycan – Ermənistan və Şimali Kipr Türk Respublikası – Cənubi Kipr Yunan İdarəçiliyi arasındakı münaqişələrin oxşarlıqları haqqında məruzə etdi.
Layihənin tərəfdaşı olan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Turana gedən yolda görülən işlərdən, həmçinin bu istiqamətdə atılacaq addımlar barədə məlumat verdi. Bu yolda təkcə dövlətlər arası əməkdaşlıqların deyil, eyni zamanda QHT-lər arasında da birgə əməkdaşlıq halında keçirilməli olan layihələrin vacibliyindən söz açdı.
BZT Akademinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi Fərahilə Şükürova-Babayeva isə tarixən türk xalqlarına qarşı edilən düşmənçilik, onların arasına nifaq və mənfi emosiyalı düşüncələrin salınmasında rolu olan mənfur düşmənlərimizdən və bu mövzuda ediləsi addımlardan danışdı.
Türkiyənin “Türk Dünyası İzləmə Mərkəzi”-nin koordinatoru Ömər Faruk Arslan, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Diplomatiya komitəsinin sədri Aydan Rüstəmli və digər türk dilli ölkələrdən qatılan gənclər sual-cavab sessiyasında fəal iştirak etdilər.

RELATED ARTICLES

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Most Popular

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Meclis Maliye Komisyonu, petrol dışı kaynakları artırmada illerin rolünü görüşüyor

Meclis Maliye Komisyonu, bugün illerin petrol dışı gelir kaynaklarını artırmadaki rolünü, 2023-2024 yatırım bütçesi tahsisatlarını ve 2025 yılı bütçesinde illerin ihtiyaçlarını ele aldı. Komisyon, yaptığı...

Recent Comments