Home Azerbaycan Ədəbiyyat İnstitutunda Azərbaycan-türkman ədəbi əlaqələri ilə bağlı seminar

Ədəbiyyat İnstitutunda Azərbaycan-türkman ədəbi əlaqələri ilə bağlı seminar

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib. Tədbirdə AMEA prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədri, akademik Teymur Kərimli, kərküklü şair, tədqiqatçı, musiqişünas, ədəbiyyatşünas, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi, Qazaxıstandan gəlmiş alimlər və akademiyanın elmi əməkdaşları iştirak ediblər.

Əvvəlcə seminarın mövzusuna həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Akademik İsa Həbibbəyli İraq-Türkman və Azərbaycan ədəbi əlaqələrindən danışıb, xoryat janrında yazılan əsərlərin Kərkük ədəbiyyatında xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, Kərkük ədəbiyyatı mövzusunda 70-dən artıq kitabın müəllifi olan Şəmsəddin Kuzəçi İraq-Azərbaycan, Kərkük-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində böyük xidmət göstərir. Bu gün İraq-Azərbaycan ədəbi, mədəni əlaqələrinin yüksək səviyyədə inkişaf etməkdə olduğunu deyən akademik İsa Həbibbəyli bu əlaqələrin Kərkükdə yaşayan soydaşlarımızın öz ana dillərində məktəblərini, mədəniyyətini qurub daha da möhkəmlətməsinə xidmət etdiyini söyləyib.

Akademik diqqətə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli iclasında İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb, şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb. AMEA rəhbəri bu günlərdə şuranın ilk iclasının keçirildiyini, “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda müzakirələrin aparıldığını vurğulayıb, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

AMEA rəhbəri İraq-Türkman alimlərinin elmi məqalələrindən ibarət kitabın çap olunması zərurətindən də söz açıb.

Daha sonra İsa Həbibbəyli Dr. Şəmsəddin Kuzəçiyə Azərbaycan-İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki görkəmli xidmətlərinə, Azərbaycan elmi-ədəbi dairələri ilə səmərəli əlaqələrinə görə Ədəbiyyat İnstitutunun “Fəxri doktoru” diplomunu təqdim edib.

Şəmsəddin Kuzəçi tədbirin təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edən Ş.Kuzəçi İraq türkmanlarının İraqda məskunlaşma tarixinə nəzər salıb. Çağdaş Türkman ədəbiyyatının ümumi mənzərəsini yaradan tədqiqatçı görülmüş işlər barədə ətraflı məlumat verib, çağdaş Türkman şairlərinin ikicildlik antalogiyasını hazırladığını qeyd edib.

AMEA-nın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədri, akademik Teymur Kərimli və şuranın sədr müavini, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, şuranın geniş Tədbirlər Planının hazırlandığını bildiriblər.

Həmçinin qazaxıstanlı alim Akmaral Smarqula, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və tarix elmləri doktoru Güllü Yoloğlu çıxış edərək bu tədbirin çağdaş Türkman ədəbiyyatı ilə bağlı gələcək işlərə böyük təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Kaynak: Anar TURAN, Xalh Qazeti (AKY)

RELATED ARTICLES

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Most Popular

Doğumunun 100. Yılında Ata Terzibaşı web Sitesi Açıldı www.ataterzibasi.com

Bugün 14 Kasım 2024 Ata Terzibaşı'nın Doğumunun 100. Yılıdır. 14 Kasım 1924 tarihinde Kerkük'te doğan Terzibaşı, 92 yaşında 31Mart 2016 tarihinde Kerkük'te vefat etmiştir.   Kerkük’ün...

Azerbaycan’ın Ünlü Yazarı Varis Yolcu’dan “Qar yağmasın…” Hikayesi

Qar yağmasın... Hekayə  Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.                                                              Helen Keller Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər...

Türk Dünyası “Kızıl Elma” ödülleri sahiplerini buldu

İstanbul’da gerçekleştirilen Türk Dünyası “Kızıl Elma ödül töreni”nde “Ebedi Birlik” Gençlik Kamu Birliği üyeleri ödüle layık görüldü. Koray Bozat ve Atakan Taşur'un organizasyonuyla gerçekleşen ödül...

Meclis Maliye Komisyonu, petrol dışı kaynakları artırmada illerin rolünü görüşüyor

Meclis Maliye Komisyonu, bugün illerin petrol dışı gelir kaynaklarını artırmadaki rolünü, 2023-2024 yatırım bütçesi tahsisatlarını ve 2025 yılı bütçesinde illerin ihtiyaçlarını ele aldı. Komisyon, yaptığı...

Recent Comments