Free Porn
xbporn
Home Azerbaycan Günün Şiiri, Ekber Qoşalı'dan "ƏZİZ ŞUŞA"

Günün Şiiri, Ekber Qoşalı’dan “ƏZİZ ŞUŞA”

ƏZİZ ŞUŞA
(Şuşa uğrunda döyüşmüş Vətən oğullarının adına bağışlayıram)

Əkbər QOŞALI

Ayağımız toxunub,
Nəfəsimiz dəyincə
Torpağına gül-çiçək,
Göyünə quş qayıdan,
Kor olan bulağına
Dirilib su qayıdan
Canımın canı şəhər!

Mənim qədim ölkəmin
Hər şəhəri əzizdir.
Şəhərlər inciməsin,
ancaq bu söz elə bil,
Sənin üçün yaranıb,
sənin üçün biçilib:
Əziz Şuşa!
Əziz Şuşa!
Demirəm,
biz səni
ana kimi,
bala kimi sevirik,
Çəmənində göy ota,
göy üzündə buluda,
quşa kimi sevirik;
Əziz Şuşa,
biz səni
Şuşa kimi sevirik!

Hər yerdə ağ bulud var,
Göyüzünün quşları –
Quş varsa, qanadı var;
Su çoxdur, torpaq çoxdur,
Hər yerdə Şuşa yoxdur…

Əziz Şuşa,
keçmişdən sual vermirsən, sağ ol,
Əziz Şuşa, sən bizi qınamırsan,
çox sağ ol! –
Biz səni tərk etmişdik,
Sən bizi tərk etmədin,
Biz səndə olmasaq da,
Can Şuşa, sən bizdəydin!

Canımın canı şəhər,
insanlar bir şəhərə
necə aşiq olurlar? – necə tərif eyləyim.
Sevgi “niyə”siz olur,
Sevgi “necə”siz olur,
O “niyə”siz, “necə”siz sevgilərdi
and oldu,
inama qanad oldu
O and, o inam idi
Oldu – yolumuz oldu,
“Dərələrdən sel kimi,
təpələrdən yel kimi”
bizi sənə, bizi sənə gətirdi.

Sənə gələn yolumuz
Canımızdan başladı;
İlahi yazı varsa –
Alnımızdan başladı.
Yollar sənə gətirdi;
Yollar səndə qurtarmır –
Zəngəzurun,
Göyçənin,
İrəvanın yolları
səndən görünür, Şuşa!
əlini qəlbimə qoy,
gör bir necə döyünür…

RELATED ARTICLES

Zübeyir Gürsoy’dan Başlıksız Şiirler (1)

(1) Dediler bayram gelmiş , Kalplere seyran gelmiş . Türk öksüz !Türk yetim , Türk'e bayram gelmemiş . ... Bayram olur gardaş ile , Seyran olur kandaş ile . Türkistan kan yaş...

AZERBAYCAN’DAN ŞAİR – DİLBİLİMCİ MAHİRA NAGİKIZI

MAHİRA NAGİKIZI- ŞAİR - DİLBİLİMCİ- AZERBAYCAN Coşkun Karabulut Bugün köşemi, Azerbaycanlı değerli şair ve dilbilimci MAHİRA NAGİKIZI hocama ayırdım. Önce kendisi hakkında kısa bir bilgi vereyim. Mahira...

Türk Dünyası Gençleri Malatya’da Toplanıyor

yul ayının 28-i və 30-u aralığında Türk Dünyası Həmrəylik və Qardaşlıq Alyansının üzvlərinin — “Əbədi Birlik” Gənclər İctimai Birliyinin və “Gençlik ve Eğitim Derneği”-...

Most Popular

rak’ın ve Suriye’nin kuzeyinde 10 PKK/YPG’li terörist etkisiz hale getirildi

Irak'ın kuzeyinde 8 PKK'lı, Suriye'nin kuzeyinde ise 2 PKK/YPG'li teröristin etkisiz hale getirildiği bildirildi.Milli Savunma Bakanlığından yapılan açıklamada, "Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak'ın kuzeyindeki...

Recent Comments

error: İçerik korumalıdır !!