Əbədi Birlik Gənclər İctimai Birliyi TURKPA-nın təşkil etdiyi “Heydər Əliyev və parlamentarizm” və TURKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivlər mövzusundakı konfransda iştirak etdi.
Konfrans əsnasında Əbədi Birlik Gənclər İctimai Birliyinin idarə heyəti – təşkilatın sədri Şahin Əliyev, fəxri üzv Mirdaməd Əzizov və Maliyyə departamentinin rəhbəri Murad Nəbiyev ilə Türkiyənin Bursa millət vəkili Osman Mesten, Adana Millət vəkili Ahmet Zenbilci, Antalya Millət vəkili Atay Uslu, Tokat Millət vəkili Kadim Durmaz, Kocaeli Millət vəkili Harun Yıldızlı arasında xoş danışıqlıqlar aparıldı.
Eyni zamanda Qırğızıstanın Manas Universitetinin rektoru Prof. Dr. Alpaslan Ceylan və həmin universitetin Prof.Dr Serhat Burmaoğlu ilə Əbədi Birlik Gənclər İctimai Birliyinin idarə heyəti arasında fikir mübadiləsi aparılıb, təşkilatın Qırğızıstan dövləti üzrə nümayəndəliyinin açılması mövzusuna toxunulub.
Türkiyənin millət vəkili Osman Mesten Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Qarşılıqlı töhfəyə və əməkdaşlığa, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin inkişafına, Türk dünyası gənclərinin maarifləndirilməsindəki yüksək xidmətlərinə görə təltif edildi.
Eyni zamanda Millət vəkili Osman Mesten tərəfindən də Əbədi Birlik Gənclər İctimai Birliyinin idarə heyətinə Türkiyənin Prezidenti cənab Recep Tayyib Erdoğanın yazdığı “Daha Adil Bir Dünya Mümkün” kitabı və təmsil olunduğu Bursa şəhərinin mədəniyyətini təbliğ edən şirniyyat hədiyyə olunub.
Əbədi Birlik GİB Türkiyənin deputatını diplomla təltif etdi – Aygün Alışanlı