Home Azerbaycan Əvəzçıxma "eşq"i ilə yaşayan Ermənistana

Əvəzçıxma “eşq”i ilə yaşayan Ermənistana

Əvəzçıxma “eşq”i ilə yaşayan Ermənistana
Ekber Qoşalı
13 sentyabr dərsi:
Ermənistanın Azərbaycan Respublikası ilə sınırın Laçın, Kəlbəcər və Zəngilan yönündə qurduğu BÜTÜN hərbi təyinatlı obyektlər darmadağın edilib! – Onlar müdafiə qüvvələrimizin, azad edilmiş ərazilərdə dinc bərpa-quruculuq işləri aparan inşaatçılarımızın, (ümumən Azərbaycan Respublikasının!) təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Dağıdılmış hərbi obyektləri bərpa etmək üçün Ermınistana ən azı 4-5 il vaxt gərəkdir. Bəs çökən iqtisadiyyat, fərari yetişdirməyə yarayan ordu, didişən toplum, ruhsuz əhali və iki fərqli stulda (eyni vaxtda) oturmağa çalışan hakimiyyətlə Ermənistan 4-5 ili bərpaya səfərbər ola biləcəkmi?
Azərbaycan Silahlı Qüvvələri həmin bölgədə BÜTÜN nəqliyyat- kommunikasiya sistemini, ÇOX ÖNƏMLİ yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək!
Ermənistanın xeyli sayda hərbi texnikası, iki (uzaqmənzilli) S-300 zenit-raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və ONLARLA POSTU məhv edildi! Ermənistanda yüzlərlə yaralı var ki, artıq onların bir çoxu xidmətə yaramayacaq. Üstəlik, teleqram kanallarında əsir götürülmüş erməni diversantlar barədə görüntülər paylaşılmaqdadır.
Yəni Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Burada hərbi itkilərlə yanaşı, Ermənistanın əvəzçıxma ümidlərinin itirilməsi kimi çox önəmli amil də var.
 Şanlı Ordumuz Ermənistanın hərbi bölmələrimizə, ümumən ölkəmizə qarşı ardıcıl təxribatların hansı acı sonuclara gətirib çıxaracağını bir daha göstərdi.
Necə deyərlər, dost da gördü, düşmən də. O cümlədən, Xocalıda, Xankəndində, Əsgəranda… məskunlaşdırılmış, sülhəgəlməz, haqtanımaz separatçılar da gordü görəcəyini…
Sirr deyil ki, son zamanlar Ermənistan ciddi cəhdlə yeni hərbi əməliyyatlara – hücuma hazırlaşırdı. Həm Qarabağ iqtisadi rayonunda, həm də sınır xəttində təxribatların sayı artmışdı. Azərbaycan Silahlı Qüvvələri məhz Ermənəstanın ərazisində (toplam 7 saat davam edən) unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi! Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz! Başa düşəcəkmi? Başa düşəcəksə, demək, Dəmir Yumruq xəstə qafaları nəhayət tədavi edib; başa düşməyəcəksə, Dəmir Yumruq yerindədir və boş başlara yenə enəcək: bu dəfə daha ağır, daha sarsıdıcı!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
RELATED ARTICLES

Uluslararası Hazar Şiir Akşamları, Türk dünyasını Elazığ’da buluşturdu

Türk dünyasını Elazığ’da buluşturan ve üç gün süren ‘27. Uluslararası Hazar Şiir Akşamları’ programları sona erdi. Ulusal ve uluslararası önemli şair ve yazarları bir araya...

Irak Türkmenleri Antalya’da buluştu

Irak Türkmen Birliği ve Dayanışma Derneği’nin “Kerkük’ten Anadolu’ya” konseri, Muratpaşa Belediyesi Kültür Salonu’nda gerçekleştirildi. Kerküklü efsane sanatçı İbrahim Rauf Terzi’nin sahne aldığı gece, coşku...

Kötü Komşu Ev Sahibi Yaptı

Kötü Komşu Ev Sahibi Yaptı Prof. Dr. Ata Atun Amerika Birleşik Devletler hükümeti 2024 yılının başlarında uzun süren müzakerelerin ve tartışmaların ardından ABD'nin NATO müttefiki Türkiye...

Most Popular

“Erbil veya Diyarbakır”

“Erbil veya Diyarbakır” Fevzi Türker 30 Kasım 2024 Eski Türkiye Başbakanı ve Gelecek Partisi Genel Başkanı Ahmet Davutoğlu,kuzey Irak’ ın Duhok şehrinde,Kürdistan-Amerikan Üniversitesince 22-23 Kasım 2024 tarihinde...

Recent Comments