Free Porn
xbporn
Home Azerbaycan Ədalətin Zəfəri

Ədalətin Zəfəri

Azərbaycan xalqını səciyyələndirən ən vacib xüsusiyyətlərdən biri tarix boyu özünün dəyərlərini və milli kimliyini qoruyub saxlaması, nəsildən-nəsilə ötürməsidir. Hətta işğala, əsarətə məruz qaldığımız dövrlərdə belə xalqımız öz milli dəyərlərini, bütövlüyünü qoruyub saxlamışdır. Öz soy-kökümüzü unutmamağımızın nəticəsidir ki, həmişə azadlığa can atdıq, müstəqillik uğrunda mübarizəmizi davam etdirdik.27 sentyabr başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində II Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabrda şanlı qalibiyyətlə bitən vətən müharibəmiz 30 ilə yaxın qəlblərdə kök salmış Qarabağ acısına və yanğısına bir məlhəm oldu. Bununla da biz bütün dünyaya Azərbaycan ordusunun rəşadətini, cəsurluğunu, vətənpərvərliyini, məğlubedilməzliyini sübut etdik.

Ali Baş Komandanın həm hərbi, həm də siyasi müstəvidə verdiyi qərarlar təqdirə layiqdir. O, dünyanın bir çox xarici mətbuat nümayəndələrinə vermiş olduğu coxsaylı müsahibələri ilə malik olduğu siyasi və hərbi sahələrdəki bilikləri, eləcə də yüksək təfəkkürü ilə hər kəsi heyran etdi. Tək bir kəlməsi ilə bütün Azərbaycan xalqının sevgi və məhəbbətini hiss edərək bir yumruq kimi birləşməsinə nail oldu.Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanması, uzun müddətdir Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən nadir nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.Azərbaycan milləti tarixi dövrünü yaşayır.

Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan qoşunları tərəfindən işğal edilmiş və faktiki olaraq Azərbaycan dövlətinin nəzarətindən kənarda olan Qarabağ torpaqlarını azad etdi. İşğalçılar müasir silahın gücü, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və cəsarəti, vətənpərvərliyi və motivasiyası qarşısında geri çəkildilər. Canlı qüvvəsinin və texnikasının tamamilə məhv olma təhlükəsi qarşısında qalan işğalçılar təslim olmağa və bu barədə kapitulyasiya bəyanatı imzalamağa məcbur oldular ki, bu sənədə əsasən, hərbi yolla götürülməyən digər bölgələr də Azərbaycana qaytarıldı.Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq… biz tarixi ədaləti bərpa edirik…”. Monoetnik dövlət quran işğalçı Ermənistan dövlətinin əsgərləri torpaqlarımızdan qovulub və bununla çoxsaylı köhnə və yeni hay-erməni mifləri dağılır, hətta yaradılan monoetnik dövlət quruculuğu da yardımçı olmur.

Ermənilərin məkrli planlarının mahiyyəti onda idi ki, monoetnik mühitdə, yalnız hay-erməni əhli məkanında uydurma faktlara əsaslanaraq və digər xalqların siyasi tarixini və tarixi coğrafiyasını təhrif etməklə, hay-erməni millətinin sözdə rolunu şişirdərək, hay-erməni “müstəsnalığını”, hayların “xüsusi missiyasını”, “ilk bəşəriyyət ocağını”, “böyük Ermənistanı” və s. mifologemləri əhali arasında yaymaq daha asan və əlverişli idi. Bu sırada xüsusi yerə malik olan “Dağlıq Qarabağın təhrif edilmiş tarixini” və son 30 ilə yaxın müddətdə beyinlərə yeridilən “yenilməz erməni ordusu” mifini xüsusi qeyd etməliyik.Gözümüz önündə rəşadətli ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Bu mifin arxasında duran işğal edilmiş torpaqlarımızın müdafiəsində hay-ermənilərin “inanılmaz”, hətta “ekzistensional” motivasiyası və döyüş qabiliyyəti, üstəlik erməni müdafiəsinin dağlardakı büsbütün mina sahələri və möhkəm beton istehkamları kimi dəlilləri puç edildi. Belə də olmalıdır, çünki bizim işimiz haqq işidir, tarixi ədalətin bərpasıdır. Erməni düşüncəsindəki mümkünsüz olanı Azərbaycan dövləti bacardı və bununla dünya tarixi dərsliklərinə bir səhifə kimi düşəcək parlaq nümunə yaratdı.Həqiqətən, yaşadığımız tarixi dövr – miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür!Qazanılmış zəfər Azərbaycan millətinin son hərbi hadisələrdə erməni milləti ilə toqquşmalarda bütövlüyünün, püxtələşməsinin, vətənpərvərliyinin və ruhən gücünün nümayişidir. Ölkəmizdə mövcud olan tolerant, multikultural mühitin Ermənistandakı millətçi əhval-ruhiyyə ilə müqayisədə hədsiz üstünlüyünün nümayişidir.

Elnarə İsazadə,
Xəzər rayonu, F.Gözəlov adına 124 nömrəli tam orta məktəb

RELATED ARTICLES

Zübeyir Gürsoy’dan Başlıksız Şiirler (1)

(1) Dediler bayram gelmiş , Kalplere seyran gelmiş . Türk öksüz !Türk yetim , Türk'e bayram gelmemiş . ... Bayram olur gardaş ile , Seyran olur kandaş ile . Türkistan kan yaş...

AZERBAYCAN’DAN ŞAİR – DİLBİLİMCİ MAHİRA NAGİKIZI

MAHİRA NAGİKIZI- ŞAİR - DİLBİLİMCİ- AZERBAYCAN Coşkun Karabulut Bugün köşemi, Azerbaycanlı değerli şair ve dilbilimci MAHİRA NAGİKIZI hocama ayırdım. Önce kendisi hakkında kısa bir bilgi vereyim. Mahira...

Türk Dünyası Gençleri Malatya’da Toplanıyor

yul ayının 28-i və 30-u aralığında Türk Dünyası Həmrəylik və Qardaşlıq Alyansının üzvlərinin — “Əbədi Birlik” Gənclər İctimai Birliyinin və “Gençlik ve Eğitim Derneği”-...

Most Popular

Zübeyir Gürsoy’dan Başlıksız Şiirler (1)

(1) Dediler bayram gelmiş , Kalplere seyran gelmiş . Türk öksüz !Türk yetim , Türk'e bayram gelmemiş . ... Bayram olur gardaş ile , Seyran olur kandaş ile . Türkistan kan yaş...

AZERBAYCAN’DAN ŞAİR – DİLBİLİMCİ MAHİRA NAGİKIZI

MAHİRA NAGİKIZI- ŞAİR - DİLBİLİMCİ- AZERBAYCAN Coşkun Karabulut Bugün köşemi, Azerbaycanlı değerli şair ve dilbilimci MAHİRA NAGİKIZI hocama ayırdım. Önce kendisi hakkında kısa bir bilgi vereyim. Mahira...

Türk Dünyası Gençleri Malatya’da Toplanıyor

yul ayının 28-i və 30-u aralığında Türk Dünyası Həmrəylik və Qardaşlıq Alyansının üzvlərinin — “Əbədi Birlik” Gənclər İctimai Birliyinin və “Gençlik ve Eğitim Derneği”-...

rak’ın ve Suriye’nin kuzeyinde 10 PKK/YPG’li terörist etkisiz hale getirildi

Irak'ın kuzeyinde 8 PKK'lı, Suriye'nin kuzeyinde ise 2 PKK/YPG'li teröristin etkisiz hale getirildiği bildirildi.Milli Savunma Bakanlığından yapılan açıklamada, "Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak'ın kuzeyindeki...

Recent Comments

error: İçerik korumalıdır !!